"Trampı müharibə əleyhdarı olduğu üçün öldürmək istədilər" – Orban

 "Trampı müharibə əleyhdarı olduğu üçün öldürmək istədilər"    – Orban
  19 İyul 2024    Oxunub:311
Macarıstanın baş naziri Viktor Orban diqqət çəkən açıqlamalar verib.
Reuters-in yaydığı məlumata görə, o, ABŞ-nin keçmiş prezidenti Donald Tramp və Slovakiyanın baş naziri Robert Fiçonun “müharibə əleyhinə fikirlərinə” görə hücuma məruz qaldıqlarını iddia edib.

Orban Trampla görüşüb - FOTO/VİDEO
Nəşr xatırladıb ki, Fiço mayın ortalarında sui-qəsd zamanı dörd güllə yarası alıb. Noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Tramp isə bundan sonra baş verən sui-qəsddən sağ çıxıb. Onların hər ikisi 2010-cu ildən hakimiyyətdə olan sağçı millətçi Orbanın müttəfiqidir.

"Bütün bu hücumlar müharibə əleyhinə, sülhsevər siyasətçilərə qarşı yönəlib. Müharibə tərəfdarı olan qüvvələr o qədər qızışıblar və təşkilatlanıblar ki, sülh tərəfdarı olan qüvvələri səhnədən, siyasi həyatın mərkəzindən uzaqlaşdırmağa çalışırlar", - Orban bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Orban   Tramp  





Xəbər lenti