Avtobuslar niyə Mərkəzi Neftçilər Xəstəxanası yaxınlığında saxlamır? - Açıqlama

   Avtobuslar niyə Mərkəzi Neftçilər Xəstəxanası yaxınlığında saxlamır? -    Açıqlama
  19 İyul 2024    Oxunub:280
Mərkəzi Neftçilər Xəstaxanası ərazisindən keçən avtobuslar dayanacaqda saxlamır. Bu barədə şikayəti saytımıza şəhər sakinləri məlumat verib. Belə ki, bu gün sərnişinlər dayanacaqda gözləsələrdə, avtobuslar saxlamayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.

AYNA-dan AzVision.az -a bildirilib ki, Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə hərəkətin təşkilində dəyişiklik edilib.

"Sıxlığın qarşısını almaq üçün sözügedən dayanacağın yeri müvəqqəti olaraq dəyişdirilib. Həmin ərazinin bir neçə metrliyində avtobuslar üçün cib tipli dayanacaq məntəqəsi yaradılıb".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: dayanacaq   avtobus  





Xəbər lenti