Bakıda taksilərin sayı 50 faiz azaldılıb

Bakıda taksilərin sayı 50 faiz azaldılıb
  19 İyul 2024    Oxunub:288
“Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir”.
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.

“Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə, 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, – deyə nazir müavini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti