"Microsoft" sistemində qlobal nasazlıq niyə yarandı? - Ekspert şərhi

    "Microsoft" sistemində qlobal nasazlıq niyə yarandı? -    Ekspert şərhi
  19 İyul 2024    Oxunub:1539
"Beynəlxalq aləmdə rəqəmsal informasiya sistemində yaşanan problem daha çox "Microsoft"un məhsulları ilə əlaqəlidir. "Microsoft" yeni bir şirkətlə razılaşma edib. Həmin şirkətin informasiya sistemlərində etdiyi kiçik yenilənmə qlobal nasazlığın yaranmasına səbəb olub. Beləki, yenilənmə zamanı gözdən qaçan bir detal bu cür nəticələrə gətirib çıxarıb. Bu, nə kibertəhlükəsizliklə bağlı problemdir, nə də haker hücumudur".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov "Microsoft" sistemində yaranan qlobal nasazlıqla bağlı danışarkən deyib.
ETX: “Windows”un yenilənməsinin dayandırılması tövsiyə olunur


İKT üzrə ekspert bildirib ki, kəsilmə kibertəhlükəsizlik firması Crowdstrike tərəfindən proqram təminatının yenilənməsi zamanı baş verib.

"Bu da bir çox Windows kompüterlərinin yüklənərkən “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) ilə üzləşməsi ilə nəticələnib.

İyulun 18-də Microsoft Windows əməliyyat sistemi ilə işləyən kompüterlərdə ciddi təhlükəsizlik hadisəsi baş verdi. Bu hadisə, bir çox böyük qlobal aviaşirkətin fəaliyyətini dayandırmasına, televiziya xəbərlərinin yayımının qarşısının alınmasına, cümə günü səhər saatlarında isə bank xidmətlərinin oflayn olmasına səbəb oldu".

E. Abbasovun sözlərinə görə, yeni quraşdırmanın sistemə yüklənməsi mərhələli formada olacaq.

"Banklar, hava limanları, xəstəxanalar və digər sektorlarda yaşanan problemlərin hər biri tədricən düzələcək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti