Azərbaycan Pakistanda yenidənqurmaya dəstək verəcək

Azərbaycan Pakistanda yenidənqurmaya dəstək verəcək
  19 İyul 2024    Oxunub:469
Azərbaycanlı mütəxəssislər Pakistanın paytaxtı İslamabadda 4 obyektin bərpasında iştirak edəcəklər.
AzVision.az Pakistan mətbuatına istinadən xəbər verir ki, Bakı və İslamabad arasında Anlaşma Memorandumunun icrası çərçivəsində birinci mərhələdə Azərbaycan mütəxəssisləri Srinaqar şossesinin, Şəkərpərian mərkəzi şəhər meydanı, Səidpur kəndi və "Melodi Fud-park"ın yenidən qurulmasında iştirak edəcəklər.

Bildirilib ki, Bakıdan olan bağçılıq üzrə ekspertlər qrupu qarşıda duran məsələləri müzakirə etmək üçün paytaxt İslamabadın İnkişaf İdarəsinin sədri Məhəmməd Əli Randhava ilə görüş keçirib.

Qeyd edilib ki, Azərbaycan Pakistana bağçılıq üçün müxtəlif alət və avadanlıqlar verəcək, bakılı mütəxəssislər İslamabadda şitillik salacaqlar.

Ə.Randhava, öz növbəsində idarənin mühəndislik şöbəsinə azərbaycanlı mütəxəssislərə texniki dəstək göstərməyi tapşırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti