İran vətəndaşına narkokuryerlik edən ələ keçdi

İran vətəndaşına narkokuryerlik edən ələ keçdi
  20 İyul 2024    Oxunub:1288
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 44 yaşlı Fuad Qəhrəmanov saxlanılıb
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan 8 kiloqram marixuana, heroin və tiryək aşkar olunub. F.Qəhrəmanov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu “Fərrux” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində bir miqdar narkotik vasitə əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti