Bakıda Özbəkistan Kinosu Günləri keçiriləcək

Bakıda Özbəkistan Kinosu Günləri keçiriləcək
  20 İyul 2024    Oxunub:1092
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə 20-23 iyul tarixlərində ölkəmizdə Özbəkistan Kinosu Günləri keçiriləcək.
Bu münasibətlə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gələcək.

İyulun 20-i saat 19:00-da Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi keçiriləcək.

Mərasimdə “Evrilish” (“Təkamül”) bədii filmi nümayiş olunacaq.

Kinosevərlər iyulun 21-də saat 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərini izləyəcəklər.
İyulun 23-də, sonuncu gün saat 11:00-da “Baxodir” (“Bahadır”) filmi göstəriləcək. Seanslara giriş sərbəstdir.

AzVision.az



Teqlər:





Xəbər lenti