İlham Əliyev: "Rusiya ilə münasibətlərdə həll oluna bilməyən məsələ yoxdur"

      İlham Əliyev:    "Rusiya ilə münasibətlərdə həll oluna bilməyən məsələ yoxdur"
  20 İyul 2024    Oxunub:1219
"İkitərəfli münasibətlərdə (Rusiya ilə - red.) həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanandan əvvəl də belə deyildi".
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında dilə gətirib.

"Qarşılıqlı hörmət, anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Doğrudan da, son dövrlərdə yüksəksəviyyəli görüşlərin intensivliyi artıb, buna böyük ehtiyac var. Apreldə Moskvada, bu ayın əvvəli Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük (Rusiya Prezidenti Vladimir Putinlə – red.) və güman ki, ilin sonunadək yenə görüşlər olacaq, mövzular çox genişdir", - dövlət başçısı bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qlobal-Media-Forumu   Prezident   çıxış   Rusiya  





Xəbər lenti