Dünyanın ən güclü futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb

Millimizin sükanı arxasına keçmiş Fernando Santuş 1624 xalla siyahıda 184-cü yeri tutur.Portuqaliyalı mütəxəssis bir addım geriləyib.
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qərarlaşıb. Ukraynalının 1481 reytinq xalı var.
Əlavə edək ki, "Mançester Siti"nin 2240 xala malik olan baş məşqçisi Pep Qvardiola siyahıya rəhbərlik edir.
AzVision.az
Teqlər: