Azərbaycanlı mədəsində Rusiyaya heroin keçirib

Azərbaycanlı mədəsində Rusiyaya heroin keçirib
  09 İyul 2014    Oxunub:837
Azərbaycan vətəndaşı Rusiyaya mədəsində heroin aparıb.
AzVision.az İTAR-TASS-a istinadən xəbər verir ki, həmin şəxs ötən ilin sonunda 500 qramlıq heronini mədəsində keçirərkən həbs edilib.

Belə ki, o Bakıdan Moskvanın Domodedova aeroportuna, sonra isə Vladivostoka uçub. Oradan isə Naxodkinski şəhərinə gələn şəxs burada polislər tərəfindən saxlanılıb.

Naxodkinski şəhər məhkəməsi narkotik qaçaqmalçılığında ittiham olunan Azərbaycan vətəndaşının işinə baxacaq. Məhkəmə artıq işi prokurorluğa göndərib. Bildirilir ki, həmin şəxs 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti