Baş leytenantımız ehtiyatsızlıqdan öldü

Baş leytenantımız ehtiyatsızlıqdan öldü
  19 Aprel 2013    Oxunub:1653
Naxçıvan Muxtar Respublikasının ərazisində N saylı hərbi hissənin tağım komandiri baş leytenant Məmmədov Elşən Mubariz oğlu aldığı xəsarətlərdən ölüb
Azərbaycan Respublikası Hərbi Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 03:04 radələrində Naxçıvan Muxtar Respublikasının ərazisində N saylı hərbi hissənin əsgəri Şahverdiyev Rəfail Əli oğlunun ehtiyatsızlıqdan əlində avtomat silahdan açılmış atəş nəticəsində həmin hərbi hissənin tağım komandiri baş leytenant Məmmədov Elşən Mubariz oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmanı Naxçıvan hərbi Prokurorluğu aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti