Azərbaycanlı hakim beynəlxalq yarışın final oyununu idarə edəcək

   Azərbaycanlı hakim beynəlxalq yarışın final oyununu idarə edəcək
  21 İyul 2024    Oxunub:1029
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Gürcüstanın Batumi şəhərində təşkil olunan Avro Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun final oyununu idarə edəcək.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün keçiriləcək həlledici görüşdə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaqlar.

Bakı vaxtı ilə saat 20:30-da başlayacaq final matçının 2-ci hakimi macarıstanlı Baqi Çaba, 3-cü hakimi gürcüstanlı Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyev olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti