Yayda istirahət üçün 5 ən yaxşı şəhər

  Yayda istirahət üçün  5 ən yaxşı şəhər
  22 İyul 2024    Oxunub:1009
Yay fəslində istirahət yazın sonundan payızın ortalarınadək davam edən isti günlərə təsadüf edir. Bu dövrdə kimi evində dincəlir, kimi də yaşadıqları yerdən uzaqlaşmağa üstünlük verir. Aktiv istirahəti sevənlər ya ölkədaxili istirahət yerlərinə, ya da xarici ölkələrə üz tuturlar.
İstirahət üçün uyğun şəhər seçimi səyahət təcrübənizi daha da maraqlı və unudulmaz edə bilər. İsti havalarda zövq alacağınız, mədəniyyət və əyləncəni bir arada təqdim edən 5 ən yaxşı şəhərlə tanış olun:

1.Barselona, İspaniya
Barselona yay aylarında rəngarəng mədəniyyəti, gözəl çimərlikləri və qaynar həyatı ilə məşhurdur. Antonio Gaudinin memarlıq əsərləri, xüsusilə Sagrada Familia və Park Güell, şəhərin əsas cazibə mərkəzlərindəndir. Barselona çimərlikləri, məhşur La Rambla küçəsi və dadlı Katalan mətbəxi ilə turistlərin sevimli yerlərindən biridir.

2. Santorini, Yunanıstan
Santorini, ağ evləri və mavi damları ilə tanınan məşhur Yunan adasıdır. Bu ada gözəl mənzərələri, təmiz çimərlikləri və tarixi yerləri ilə yay istirahəti üçün idealdır. Fira və Oia kimi şəhərlərdə gün batımını seyr etmək xüsusi bir təcrübədir.

3. Nitsa, Fransa
Fransanın Kot d'Azur sahillərində yerləşən Nitsa yayda ziyarət üçün ideal bir şəhərdir. Promenade des Anglais boyunca gəzmək, təmiz sularında üzmək və şəhərin gözəl arxitekturasını kəşf etmək mümkündür. Nitsa həm də Kann və Monako kimi məşhur yerlərə yaxınlığı ilə tanınır.

4. Dubrovnik, Xorvatiya
Dubrovnik, "Adriatik dənizinin incisi" olaraq da tanınır və UNESCO Dünya Mirası siyahısına daxildir. Tarixi şəhər divarları, dar küçələri və təmiz dənizi ilə yayda istirahət üçün mükəmməl bir yerdir. Dubrovnik, həm də “Game of Thrones” serialının bəzi səhnələrinin çəkildiyi yerdir.

5. Rio de Janeyro, Braziliya
Rio de Janeyro, məşhur Kopakabana və İpanema çimərlikləri, şənlikləri və mədəniyyəti ilə tanınır. İsa Məsihin heykəli, İquasu şəlaləsi kimi məşhur yerləri ziyarət edə bilərsiniz. Rio, həmçinin karnavalları və samba ritmləri ilə yayda tam bir əyləncə məkanına çevrilir.

Hansı şəhəri seçmənizdən asılı olmayaraq istirahətinizi maksimum səviyyədə keçirmək üçün planlarınızı əvvəlcədən qurmaqda fayda var.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: yay   istirahət   dünya  





Xəbər lenti