Özgə əmlakına vurulmuş ziyanın 49,3 milyondan çoxu ödətdirilib

Özgə əmlakına vurulmuş ziyanın 49,3 milyondan çoxu ödətdirilib
  22 İyul 2024    Oxunub:968
2024-cü ilin I yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin edilib.
Bunu Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub. 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.

AzVision.az


Teqlər:





Xəbər lenti