Korrupsiya ilə bağlı 25 nəfər cinayət başında saxlanılıb

   Korrupsiya ilə bağlı 25 nəfər cinayət başında saxlanılıb
  22 İyul 2024    Oxunub:868
2024-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılıb.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs bilavasitə cinayət başında yaxalanıb, habelə 4 nəfər axtarışda olan şəxs saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti