Ziya Bünyadovun qatilini azad etmək üçün xaricdən pul aldı

   Ziya Bünyadovun qatilini azad etmək üçün xaricdən pul aldı
  22 İyul 2024    Oxunub:1100
Xarici xüsusi xidmət orqanları akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum olunmuş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa buraxılmasına nail olmağa cəhd göstərib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Z.Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Mahir Zeynalovun azadlığa buraxılması üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə Bağırov Akif Əlimirzə oğluna külli miqdarda pul vəsaiti göndərildiyi bilinib.

Akif Bağırov bu istiqamətdə yollar axtarmaq məqsədilə həmin vəsaitləri məsuliyyətə cəlb olunmuş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Akif Bağırov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti