Bred Pittin qızı atasının soyadından rəsmən imtina etdi

   Bred Pittin qızı atasının soyadından rəsmən imtina etdi
  22 İyul 2024    Oxunub:2413
Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin böyük qızı atasının soyadından rəsmən imtina edib.
18 yaşlı Şaylo Coli Pitt bununla bağlı qərarını doğum günündə “Los Angeles Times” qəzetinə açıqlayıb. Bundan sonra Şaylonun soyadı yalnız Coli hissəsindən ibarət olacaq. Ulduzun qızı aktyor atası ilə ünsiyyəti olmadığı üçün bunu etmək qərarına gəlib.

ABŞ-ın Kaliforniya ştatının qanunlarına görə, yetkinlik yaşına çatmış hər bir vətəndaşın adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var. Ərizə hüquqşünaslar tərəfindən bir ay ərzində nəzərdən keçirilir və daha sonra qəzetin hüquq bölməsində dərc olunur. Bu, bütün amerikalılar üçün standart bir prosesdir.

Qeyd olunur ki, Şaylo vəkil tutub və onun haqqını öz hesabına ödəyir. Qız atasının soyadından tez bir zamanda qurtulmağa çalışır.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2019-cu ildə boşanıblar. Onların 6 övladı var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti