Kamala Harris idmançılar qarşısında çıxış edəcək

   Kamala Harris idmançılar qarşısında çıxış edəcək
  22 İyul 2024    Oxunub:700
ABŞ-nin vitse-prezidenti Kamala Harris dünən ölkənin lideri Co Baydenin prezidentlik yarışından çəkilməsinin ardınca bu gün ilk dəfə ictimaiyyət qarşısına çıxacaq.
AzVision.az xəbər verir ki, o, Ağ Evin cənub həyətində Milli Kollec Atletika Assosiasiyasının qadınlar və kişilərdən ibarət komandaları, habelə mətbuat nümayəndələri qarşısında nitq söyləyəcək.

O, tədbirdə koronavirusa yoluxmuş Baydeni əvəzləyəcək.
Demokratlar Partiyası yeni namizədi təsdiqləyəcək

Yeri gəlmişkən, prezidentlik uğrunda namizədliyini irəli sürən xanım Harris Demokratlar Partiyasının ştatlar üzrə nümayəndələrinin lazımi sayda səsini toplayarsa, namizədliyi təsdiqləyəcək və noyabrda Trampa qarşı mübarizə aparacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   prezident   seçkilər  





Xəbər lenti