16 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

   16 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  22 İyul 2024    Oxunub:699
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 16 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
AzVision.az "Trend"-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Qeyd edək ki, indiyə qədər deputatlığa namizədliyi irəli sürülən 1048 nəfərdən 700 nəfərin namizədliyi təsdiqlənib, onlardan 609 nəfərə imza vərəqi verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

AzVision.az



Teqlər: parlament   seçki   milliməclis  





Xəbər lenti