DİN- Azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

   DİN-       Azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib
  22 İyul 2024    Oxunub:754
Axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşağı girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib. Hadisə Suraxanı rayonunda baş verib.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti