Balakəndə piyadanı maşın vurdu

Balakəndə piyadanı maşın vurdu
  23 İyul 2024    Oxunub:1008
İyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti