247 kq narkotik məhv edilib - FOTOLAR - VİDEO

   247 kq narkotik məhv edilib -  FOTOLAR - VİDEO
  23 İyul 2024    Oxunub:601
İyul ayının 22-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin məhv edilmə prosesi həyata keçirilib.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı müxtəlif xassəli 247 kiloqram 785,761 qram narkotik vasitə (211 kq 690,27 qram həşiş qətranı,19 kq 934,25 qram tiryək, 11 kq 860 qram marixuana, 4 kq 301,241 qram heroin) məhv edilməsi üçün komissiya üzvlərinə təqdim edilib.

















AzVision.az


Teqlər:





Xəbər lenti