Prezidentin qızı Bakıya gəlir

Prezidentin qızı Bakıya gəlir
  19 Aprel 2013    Oxunub:1526
ABŞ-ın daha bir sabiq prezidentinin övladı Bakıya gəlir
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ABŞ-ın 36-cı Prezidenti Lindon Consonun qızı Lusi Conson mayın 6-8-də Azərbaycana səfər edəcək. Səfərin məqsədi Cənubi Qafqaz Forumu çərçivəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin "Gələcəyin liderləri" mövzusunda keçirəcəyi panel iclasında iştirak etməkdir.

Panel iclasda Lusi Consondan başqa ABŞ sabiq prezidentləri Corc Buşun nəvəsi Corc P. Buş, Robert F. Kennedinin oğlu Con Kennedi II, Ronald Reyqanın oğlu Mayk Reyqan, BMT Baş Katibinin xüsusi müşaviri, xanım Nafis Sadik, Böyük Britaniya Kral Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild kimi nüfuzlu qonaqlar iştirak edəcək.

Panel iclasın moderatorluğunu Dünya Bankının sabiq 1-ci vitse prezidenti İsmayıl Seragəldin edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 50-dən çox sabiq ölkə və hökumət başçısını bir araya toplayacaq.


Teqlər:





Xəbər lenti