Harris namizəd olmaq üçün kifayət qədər səs toplayıb

Harris namizəd olmaq üçün kifayət qədər səs toplayıb
  23 İyul 2024    Oxunub:547
ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs topladığını deyib.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Kamala Harris idmançılar qarşısında çıxış edəcək
Nəşrin məlumatına görə, dünən gecə Harris ilk səsvermədə qalib gəlməsi üçün lazım olan 1,976 nümayəndənin dəstəyini qazanıb.

Vitse-prezident həmçinin prezident Co Baydendən və Demokratlar Partiyasından aldığı dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Həmidə İbrahimova

AzVision.az


Teqlər:   KamalaHarris   ABŞ   seçki  





Xəbər lenti