Tramp aldığı güllə yarasından danışdı

Tramp aldığı güllə yarasından danışdı
  23 İyul 2024    Oxunub:413
“ Sui-qəsd zamanı aldığım yara sağalır, sarğılar indi kiçildilir”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 23-də Fox News telekanalına müsahibəsində deyib.

Tramp qisas hissi ilə hakimiyyətə gəlir - Politoloq
Tramp həmçinin bildirib ki, Pensilvaniyada mitinq zamanı qulağından yaralandıqdan sonra təhlükəsizlik qüvvələri onun bədəninin başqa nahiyəsindən yaralandığını düşünərək xərəkdə aparmaq istəyiblər, lakin siyasətçi bundan imtina edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Trampa Pensilvaniya ştatında mitinqdə tribunadan tərəfdarlarına müraciət edərkən silahla hücum edilib. Sui-qəsdi törədən cinayətkar, 20 yaşlı Tomas Metyu Kruks yerindəcə zərərsizləşdirilib. 2 nəfər yaralanıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:   DonaldTramp   ABŞ   seçki  





Xəbər lenti