Harris: "Namizəd kimi təsdiqlənməyimi gözləyirəm"

      Harris:    "Namizəd kimi təsdiqlənməyimi gözləyirəm"
  23 İyul 2024    Oxunub:523
ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində Demokratlar Partiyasının namizədi kimi təsdiqlənmək üçün lazımi dəstəyi topladığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə onun seçki kampaniyasının yaydığı bəyanatda diqqətə çatdırılır.

"Prezident Baydenə, mənə inanan partiya nümayəndələrinə minnətdaram. Amerika xalqının da rəğbətini qazanmağı (seçkiləri - red.) səbirsizliklə gözləyirəm", - bəyanatda xanım Harrisdən sitat gətirilib.
Demokratlar Partiyası yeni namizədi təsdiqləyəcək

O həmçinin vurğulayıb ki, potensial rəqibi Donald Tramp "ölkəni hüquq və azadlıqların məhdudlaşdırıldığı dövrə qaytarmaq istəyir".

"Demokratiyamızı gücləndirən, yaradıcı azadlığı qoruyan, hər insana irəli getmək imkanı verən gələcəyə inanıram. Partiyamızı, millətimizi birləşdirmək və noyabrda Donald Trampa qalib gəlmək niyyətindəyəm", - vitse-prezident söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   prezident   seçkilər  





Xəbər lenti