Diri Baba türbəsi bərpa ediləcək

   Diri Baba türbəsi bərpa ediləcək
  23 İyul 2024    Oxunub:368
Qobustan rayonundakı Diri Baba türbəsi bərpa ediləcək və ətrafı abadlaşdırılaca q.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Qeyd olunub ki, görüləcək işlər çərçivəsində ərazidə arxeoloji qazıntılar aparılacaq, abidəyə qalxan pilləkan, qəbirstanlıq ətrafındakı məhəccər, abidə qarşısında beton sahə, piyada yolu, abidənin üst hissəsində metal hasar, giriş hissədəki şlaqbaum təmir ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti