Kamala Harris ilk dəfə seçicilər qarşısına çıxacaq

Kamala Harris ilk dəfə seçicilər qarşısına çıxacaq
  23 İyul 2024    Oxunub:511
ABŞ prezidentliyinə namizəd Kamala Harris bu gün Viskonsin ştatının Miluoki şəhərində öz seçki kampaniyasının ilk mitinqini keçirəcək.
AzVision.az xəbər verir ki, Demokratlar Partiyasının Viskonsin üzrə sədri Ben Viklerin sözlərinə görə, xanım Harris ştatın 95 nümayəndəsindən 89-nun dəstəyini alıb. Onu dəstəkləyənlər arasında Viskonsin qubernatoru Toni Evers və ştatın Senatdakı nümayəndəsi Temmi Boldvin də var.
Harris: "Namizəd kimi təsdiqlənməyimi gözləyirəm"

"Donald Trampa qalib gəlmək naminə öz birliyimizi göstərməliyik", - Vikler Viskonsin İctimai Radiosuna açıqlamasında deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   prezident   seçkilər  





Xəbər lenti