"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başlayıb

   "Qarabağ" Çempionlar Liqasına qələbə ilə başlayıb
  23 İyul 2024    Oxunub:677
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln" (Cəbəllütariq) və "Qarabağ" komandaları arasında oyun başa çatıb.
Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurublar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti