Bibisinə qarşı quldurluq etmək istəyən şəxs və tanışı tutuldu

Bibisinə qarşı quldurluq etmək istəyən şəxs və tanışı tutuldu
  24 İyul 2024    Oxunub:306
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblar.
Onların idarə etdiyi "Chevrolet" markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı adıçəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz olaraq daxil olmağa hazırlaşdıqları müəyyən olunub.

Bundan əlavə polis əməkdaşlarının apardıqları əlavə araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq zərərçəkmişə məxsus 9 650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti