Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb
  24 İyul 2024    Oxunub:299
"Saurya Hava Yolları"na məxsus təyyarə Nepalın paytaxtı Katmanduda havaya qalxarkən qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Kathmandupost” məlumat yayıb.

Poxara şəhərinə uçan təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 19 nəfər olub. Hadisə yerli vaxtla səhər saat 11-də baş verib.

Qeyd olunub ki, hadisə yerində polis və yanğınsöndürənlər xilasetmə işləri aparır. Digər təfərrüatlar verilmir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Nepal   təyyarə   qəza  





Xəbər lenti