İrandan narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan narkotikin keçirilməsinin qarşısı alınıb
  24 İyul 2024    Oxunub:265
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.
AzVision.az -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, komitənin Biləsuvar Gömrük İdarəsində İran istiqamətindən ölkəyə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Kinoloji xidmət itinin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti