Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  24 İyul 2024    Oxunub:263
İyulun 25-də Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti