Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib

Ermənistan Hindistan silahlarının ən böyük alıcısına çevrilib
  24 İyul 2024    Oxunub:1297
Ermənistan ordunu surətlə silahlandırır.
Rəsmi İrəvan əvvəllər daha çox müdafiə silahları alırdısa, son zamanlar əsas diqqəti hücum silahlarına yönəldib. Hindistanın İADN agentliyinin yaydığı məlumata görə, Ermənistan Dehlinin ən çox silah alan tərəfdaşına çevrilib.

Bildirilir ki, 2024 ildə Ermənistanın Hindistandan 600 milyon dollarlıq silah alıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlıq edir. Məsələn, 2022-ci ildə imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və digər hərbi sursatlar göndərmişdi. Həmçinin Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaları (ATAGS) üçün Ermənistandan sifariş aldığını xəbər vermişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti