Bakı və Astana hərbi kəşfiyyata dair saziş imzalayacaq

   Bakı və Astana hərbi kəşfiyyata dair saziş imzalayacaq
  24 İyul 2024    Oxunub:314
Azərbaycan və Qazaxıstan arasında terrorçu və ekstremist təşkilatlara dair hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi üzrə əməkdaşlıq sazişi hazırlanır.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Qazaxıstanın "Açıq hüquqi aktlar" ("Открытые НПА") portalında yayımlanıb.

Layihədə ölkələrin müdafiə nazirliklərinin şəxsi heyəti üçün qarşılıqlı hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur.

Bildirilir ki, layihə ilə bağlı müzakirələr avqustun 6-dək davam edəcək. Saziş 5 il müddətinə bağlanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Qazaxıstan   kəşfiyyat   saziş  





Xəbər lenti