"Həyat yoldaşım qızıma göz dəyməsindən qorxur" - Emin Ağalarov

"Həyat yoldaşım qızıma göz dəyməsindən qorxur" -    Emin Ağalarov
  24 İyul 2024    Oxunub:2834
Xalq artisti, biznesmen Emin Ağalarov xanımı Alyona Qavrilova ilə ailə həyatından danışıb.
Bu barədə jurnalistlərin suallarını cavablandıran sənətçi həyat yoldaşını çox sevdiyini, buna görə də onunla ikinci dəfə evləndiyini deyib.

Bakıda "Dream Fest" adlı geniş miqyaslı musiqi tədbiri zamanı digər övladları Eminin yanında olsalar da, kiçik qızı Afina görünməyib. İfaçı onun yoxluğunu belə izah edib:

“Nədənsə həyat yoldaşım onu hələ göstərmək istəmir. Nəzər dəyməsindən qorxur”, - o bildirib.

Xatırladaq ki, cütlüyün ilk toyları 2018-ci ilin yayında olub. Ailə xoşbəxt görünsə də, iki ildən sonra sənətçi ayrıldıqlarını elan edib. Mayın sonunda isə Emin Ağalarov yenidən Alyona Qavrilova ilə evləndiyini bildirib.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti