Naxçıvanda hərbi hissənin komandiri həbs olunub

Naxçıvanda hərbi hissənin komandiri həbs olunub
  24 İyul 2024    Oxunub:279
Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlunun həbsi ilə bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.
AzVision.az xəbər verir ki, S. Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsinə əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S. Həziyev Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur.

Xatırladaq ki, K. Mustafayev bu yaxınlarda müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun ordunun komandanı vəzifəsindən azad edilib

AzVision.az




Teqlər:





Xəbər lenti