Azərbaycan millisi Paris Olimpiadasında mübarizəyə başlayır

Azərbaycan millisi Paris Olimpiadasında mübarizəyə başlayır
  25 İyul 2024    Oxunub:1028
Azərbaycan komandası bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Olimpiadanın ikinci günündə baş tutacaq startda kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova qüvvəsini sınayacaq. O, sıralama turunda hədəfi dəqiq nişan almağa çalışacaq. Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti