Bayden: "Yeni səslərə ehtiyac var" - VİDEO

      Bayden:    "Yeni səslərə ehtiyac var" -    VİDEO
  25 İyul 2024    Oxunub:671
"İnanıram ki, prezident kimi fəaliyyətim, dünyadakı liderliyim, ABŞ-nin gələcəyinə baxışım ikinci müddətə layiqdir, ancaq bu demokratiyamızın xeyrinə deyil".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evin Oval ofisində seçkidən çəkilməsi ilə bağlı xalqa müraciəti zamanı dilə gətirib.

O, ABŞ tarixində "yeni fəslin başlamasının zəruriliyini" diqqət çatdırıb.

"Beləliklə, qərar verdim ki, millətimizi birləşdirməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir. Bilirsiniz, ictimai həyatda keçmiş təcrübənin də, yeni təcrübənin də öz yeri var. İndi məhz yeni səsləri eşitməyin vaxtıdır", - o vurğulayıb.
Harris: "Namizəd kimi təsdiqlənməyimi gözləyirəm"

Xatırladaq ki, Co Bayden iyulun 21-də ABŞ prezidentliyi uğrunda yarışdan çəkildiyini açıqlayıb. O, vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının yeni namizədi kimi dəstəkləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   prezident   seçkilər  





Xəbər lenti