Sabah bəzi yerlərdə yağış intensivləşəcək
![Sabah bəzi yerlərdə yağış intensivləşəcək Sabah bəzi yerlərdə yağış intensivləşəcək](https://azvision.az/photos/2024/07/6944d62e-73e1-44c4-bb03-49a37397e876_850-1721897552.jpg)
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.
AzVision.az
Teqlər: