Bu il neçə nəfər Azərbaycanda yaşamaq üçün müraciət edib?

   Bu il neçə nəfər Azərbaycanda yaşamaq üçün müraciət edib?
  26 İyul 2024    Oxunub:263
Cari ilin I yarımili ərzində Azərbaycanda yaşam hüququ almaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) 2 min 889 müraciət edilib.
AzVision.az xəbər verir ki, bu barədə DMX-nin məlumatında deyilir. Qeyd olunub ki, hesabat dövründə inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 9 min 415 qərar qəbul olunub. Bu qərarlardan 4 min 796-ı şəxsi Azərbaycandan çıxarmadan tətbiq edilib.

Tətbiq olunan cəriməni ödəməklə 2 min 379 nəfər ölkə ərazisini tərk etmək barədə müraciət edib.

AzVision.az



Teqlər:





Xəbər lenti