Baydenin gedişi Trampın komandasını çətin duruma salıb - "Axios"

 Baydenin gedişi Trampın komandasını çətin duruma salıb    - "Axios"
  26 İyul 2024    Oxunub:287
Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki qərargahı ABŞ prezidenti Cozef Baydenin seçki yarışından geri çəkiləcəyini gözləmirmiş. Baydenin geri addım atması qərargahda hər kəsi təəccübləndirib.
Bu fikirlər "Axios"da dərc olunan məqalədəndir. Nəşr Trampa yaxın mənbələrə istinad edib.

Trampla Kamala Harrisin ilk debatının tarixi açıqlandı
"Onların Cozef Baydendən qurtulma sürətinə təəccübləndik. Şəxsən mən bunun bir həftə sonra baş verəcəyini düşünürdüm",- Trampın seçki kampaniyasının baş məsləhətçisi Ceyson Miller vəziyyəti şərh edərkən deyib.

Müəllif iddia edib ki, Baydenin yarışdan çıxa biləcəyi ilə bağlı yayılmış çoxsaylı xəbərlərə baxmayaraq, Trampın qərargahı mübarizə üsullarını son ana qədər hazırkı prezidentin fəaliyyətinə uyğun qurubmuş. Baydenin qəfl gedişindən sonra Trampın seçki heyəti yeni çətinliklərlə üzləşib. Çünki hazırkı vitse-prezident Kamala Harris prezidentliyə namizədliyini irəli sürüb və respublikaçıların ona qarşı Baydenlə olduğu kimi tutarlı arqumentləri yoxdur.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Tramp   ABŞ   Seçki  





Xəbər lenti