Altsheymer xəstəliyi zamanı yaddaşı yaxşılaşdıran sprey hazırlandı

Altsheymer xəstəliyi zamanı yaddaşı yaxşılaşdıran sprey hazırlandı
  26 İyul 2024    Oxunub:1521
Texas Universitetinin Tibb filialının alimləri beyin hüceyrələrini Altsheymer xəstəliyi ilə əlaqəli zəhərli tau zülalının yığılmasından təmizləyən və yaddaşı yaxşılaşdıran qeyri-adi müalicəvi effektə malik burun spreyi hazırlayıblar.
“Science Translational Medicine” jurnalında dərc edilən araşdırmada bildirilir ki, tau proteininə qarşı antikorları olan burun spreyi həmin zülalın beyindəki səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.

Bu yöndə sınaqlar əvvəlcə labarotoriya heyvanlarının üzərində aparılacaq. Gələcəkdə alimlər insanlar üzərində də sınaqlar keçirmək niyyətindədirlər. Təcrübələrin uğurla nəticələnməsi Altsheymer xəstəliyi ilə mübarizədə əhəmiyyətli irəliləyiş demək olacaq.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Altsheymer   xəstəlik   müalicə  





Xəbər lenti