Gürcüstan ikinci cəbhəyə çevrilə bilər

   Gürcüstan    ikinci cəbhəyə    çevrilə bilər
  26 İyul 2024    Oxunub:1471
Payızda keçiriləcək palament seçkilərində müxalifətin qalib gələcəyi halda Gürcüstan ikinci cəbhəyə çevriləcək.
Gürcüstanın baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində belə deyib.

“Təhlükələrə gəlincə, əgər siz nəzəri cəhətdən kollektiv “Milli Hərəkat”ın (müxalifətin) məsələn, noyabrda, seçkilərdən sonra hakimiyyətə gələcəyini təsəvvür edirsinizsə, sizə zəmanət verirəm ki, iki-üç aydan sonra yox, bir neçə günə Gürcüstan ikinci cəbhəyə çevriləcək. Mövcud məlumatlara və keçmiş təcrübəyə əsaslanaraq hadisələrin bu cür inkişaf edəcəyinə zəmanət verirəm”, - İrakli Kobaxidze bildirib.

Gürcüstanın hakim “Gürcü arzusu-Demokrtaik Gürcüstan” partiyasının təmsilçiləri dəfələrlə bəyan ediblər ki, Ukrayna rəsmiləri və onların müxalif “Vahid Milli Hərəkat” partiyasından olan tərəfdarları Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirlər. Bu baxımdan, ölkə rəhbərliyi respublikanın “ukraynalaşmasının” qarşısını almağa söz verib.

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu müxalif “Vahid Milli Hərəkat” partiyası “Aqmaşenebeli Strategiyası” partiyası və digər siyasətçilərlə birlikdə “Gürcüstanın Xilası naminə Vəhdət” adlı yeni siyasi birlik yaradıb.

İvanişvili Gürcüstanın prezidenti ola bilər
Xatırladaq ki, dünən Gürcüstanın Ədliyyə naziri Rati Breqadze parlament seçkilərindən sonra milyarder, hakim “Gürcü arzusu-Demokrtaik Gürcüstan” partiyasının banisi və fəxri sədri, Bidzina İvanişvilinin prezidentliyə namizəd ola bilməsi perspektivini istisna etmədiyi barədə açıqlama verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kobaxidze   müxalifət  





Xəbər lenti