Ukrayna ordusu son bir ilin ən böyük hücumunu dəf edib - "ISW"

   Ukrayna ordusu son bir ilin ən böyük hücumunu dəf edib    - "ISW"
  26 İyul 2024    Oxunub:287
Ukrayna Silahlı Qüvvələri çərşənbə günü Donetsk vilayətinin qərbində 2023-cü ilin oktyabrından bəri Rusiya hərbi qüvvələrinin ən böyük mexanikləşdirilmiş hücumlarından birini dəf edib.
Bu fikirlər ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatındandır.

Qeyd edilir ki, ruslar Konstantinovka kəndinin cənub-şərq istiqamıtinə doğru irəlilədikdən sonra Ukrayna müdafiəçiləri gücləndirilmiş batalyonun mexanikləşdirilmiş hücumunu uğurla dayandıra biliblər.

Rusiya cəbhəyə zəif təchizatlı bölmələr göndərir - "ISW"
Kuraxovski istiqamətində fəaliyyət göstərən Ukrayna briqadası bəyan edib ki, rus komandirlər hücum zamanı eyni vaxtda 11 tank, 45 zirehli döyüş maşını, nadir hallarda istifadə olunan “Terminator” döyüş maşını, 12 motosiklet və 200-ə yaxın şəxsi heyətdən istifadə ediblər.

"Müdafiə Qüvvələrinin hava kəşfiyyatı uzaq məsafədən Rusiyanın mexanikləşdirilmiş hərbi kolonlarını aşkar edə bilib. Bundan sonra əsgərlər düşmənin irəliləməsinin qarşısını alıb, hücumların dəf edilməsi üçün artilleriya, Pilotsuz Uçuş Aparatları (PUA) və minalanmış sahələrdəki tələlərdən yararlanıblar. 6 rus tankı, 7 zirehli döyüş maşını və 12 motosikletin hamısını sıradan çıxarmaq və ya tam məhv etmək mümkün olub. Birinci hücum dalğasındakı texnikalar məhv edildikdən sonra ruslar geri çəkiliblər", - hesabatda qeyd edilib.

Müharibə Araşdırmaları İnstitutunun analitikləri sonuncu dəfə batalyon səviyyəsində mexanikləşdirilmiş hücumu 2024-cü ilin martında Donetsk vilayətində qeydə alıblar. Düşmənin indiki kimi sonuncu genişmiqyaslı hücumu ötən ilin oktyabrında Avdeyevkanı ələ keçirmək üçün aparılan dörd aylıq əməliyyatın ilk günlərində olmuşdu. Ondan sonra hücumlar xaotik olub, döyüşçülər az sayda və ya qruplar şəklində meydana atılıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Hücum   Batalyon  





Xəbər lenti