Oksford tələbələri "ASAN xidmət"də təcrübə keçdi

Oksford tələbələri "ASAN xidmət"də təcrübə keçdi
  26 İyul 2024    Oxunub:353
Oksford Universitetinin tələbələri üçün "ASAN xidmət"də reallaşdırılan Yay Təcrübə Proqramı başa çatıb.
Proqramın məqsədi nüfuzlu universitetlərdə dövlət xidmətləri və dövlət idarəetməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında elmi işlərin hazırlanmasıdır. Bununla əlaqədar təşkil olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov tələbələri proqramı uğurla başa vurmaqları ilə əlaqədar təbrik edib, onlara təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Proqramın iştirakçıları öz növbəsində ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə edib, yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Yay Təcrübə Proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Oksford Universitetinin Blavatnik İdarəçilik Məktəbi arasında həyata keçirilən uğurlu əməkdaşlıq çərçivəsində baş tutub.

6 həftəlik müddətdə Oksford Universitetinin 3 tələbəsi Dövlət Agentliyinin müxtəlif struktur bölmələrində və “ASAN xidmət” mərkəzlərində təcrübə keçib.


AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti