Ağstafaya əlavə qatar reysləri təyin edilib

Ağstafaya əlavə qatar reysləri təyin edilib
  26 İyul 2024    Oxunub:285
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
AzVision.az bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 29-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyulun 30-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti