Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub
  26 İyul 2024    Oxunub:232
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Vətən müharibəsi qəhrəmanı general Zaur Zeynalov da iştirak edib.

Tərəflər Azərbaycan və Türkiyə arasında hərbi sahədə əlaqələrin mövcud vəziyətini, strateji müttəfiqlik əlaqələrini və müdafiə sahəsində əməkdaşlığın yeni fürsətlərini müzakirə ediblər.

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti