Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

   Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
  26 İyul 2024    Oxunub:312
Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.
AzVision.az xəbər verir ki, açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Elnur Məmmədov

AzVision.az




Teqlər:





Xəbər lenti