Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar
  27 İyul 2024    Oxunub:375
Bir qrup beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olub.
AzVision.az -ın Cəbrayıldakı müxbirinin verdiyi məlumata görə, qonaqlar Araz çayının sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi olan körpü ilə tanış olublar.

Əcnəbi səyyahlara körpünün tarixi və vaxtilə Böyük İpək Yolunda oynadığı vacib rol haqqında məlumat verilib.

Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. İyulun 25-dən 27-dək Çarlz Veylinin başçılıq etdiyi beynəlxalq səyyahların 11-ci qrupu Qarabağa və Şərqi Zəngəzurda olub. 35 beynəlxalq səyahətçinin səfərini dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı təşkil edib. Burada 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir.
AzVision.az



Teqlər:





Xəbər lenti